Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Bakı Dövlət Universitetinin (BDU) Şərqşünaslıq fakültəsində dərs dediyi qrupa Ədəbiyyat Muzeyində mühazirə oxuyub.
O, fakültədə Fars dili tərcüməçiliyi ixtisası üzrə dərs alan bakalavr tələbələrə Tərcümə və mədəniyyətlərarası əlaqələr fənnindən mühazirə deyərək, onları Azərbaycan və Şərq ədəbiyyatı və mədəniyyətinin bu xəzinəsindəki eksponatlarla tanış edib.
Auditoriyalardan fərqli olaraq muzeydə müxtəlif rəsm əsərlərinin, heykəltəraşlıq nümunələrinin, maddi-mədəniyyət incilərinin əhatəsində aparılan mühazirə tələbələrin marağına səbəb olub.
Sonda akademik Rafael Hüseynov gənclərin çoxsaylı suallarını cavablandırıb.
Tələbələr muzeydən zəngin təəssüratla ayrılıblar.
Qabil YUSİFOĞLU
XQ










