Avqustun 5-də Lerik rayonunun Çayrud kəndində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının Çayrud kənd sakini, 1987-ci il təvəllüdlü Cavid Əliyevin həyətində biçilmiş ot sahəsini yandırması və yanğının qonşusuna məxsus sahəyə keçməsi nəticəsində baş verdiyi məlum olub.
C.Əliyev məsuliyyətə cəlb olunub.
P.ƏMİRCANOV
XQ