Qubada mürəkkəb relyefli dağlıq ərazidə yanğın başlayıb

post-img

Quba rayonunun Gədikqışlaq kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verib.

Məlumatı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti verib.

Bildirilib ki, əraziyə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Hadisə