Polkovnik İlqar Əhmədoğlu Quliyevin anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib

post-img

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təşkilatçılığı ilə Azərbaycan təhlükəsizlik orqanlarının polkovniki, yazıçı-publisist İlqar Əhmədoğlu Quliyevin (1956–2025) anadan olmasının 70 illiyinə həsr olunan anım tədbiri keçirilib.

Tədbir mərhum polkovnikin həyat və fəaliyyətini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

Daha sonra çıxış edənlər İlqar Quliyevin zəngin həyat yolu, dövlət təhlükəsizliyi orqanlarındakı fəaliyyəti və publisistik yaradıcılığı barədə fikirlərini bölüşüblər.

Tədbirin sonunda mərhumun ailə üzvləri, müəllimi və qələm dostları çıxış ediblər. Ailə üzvləri İlqar Quliyevin xeyirxah əməlləri ilə qürur duyduqlarını bildirərək, onun xatirəsinin daim ehtiramla yad ediləcəyini qeyd ediblər. (Trend)

Sosial həyat