Naxçıvan Hava Nəqliyyatında Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qabaqcadan əlbir olaraq oğurluq edən şəxslər - 28 yaşlı Hüseyn Həmzəyev və tanışı 20 yaşlı Səid Kərimli saxlanılıblar.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Onlar hava limanında sərnişinlərə məxsus çamadanlardan 10000 manat məbləğində müxtəlif növ qızıl-zinət əşyalarını talamaqda şübhəli bilinirlər.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ