Polis Bakıda dələduzluq edən şəxsləri saxladı

post-img

Polis əməkdaşlarının sentyabrın 3-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 7 nəfər saxlanılaraq istintaqa təhvil verilib.

 Məlumatı DİN mətbuat xidməti verib. 

Paytaxtın Nəsimi rayonunda da iki nəfərə qarşı dələduzluq edilib. Nəticədə zərərçəkənlərə ümumilikdə 26 min 330 manat maddi ziyan vurulub.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə qeyd edilən cinayətləri törətməkdə şübhəli bilinən 38 yaşlı Ü.Abdullayeva, tanışı və həmyaşıdı E.Abbasova, 30 yaşlı İ.Qasımzadə saxlanılıblar.

Nəsimi rayonunda keçirilən digər tədbirlər zamanı isə iki zərərçəkənə məxsus 680 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən 50 yaşlı E.Qurbanov və əvvəllər məhkum olunmuş 41 yaşlı İ.Tahirov da tutulublar. 

Faktlarla bağlı araşdırmalar aparılır.

P.ƏMİRCANOV
XQ

Hadisə