Samux rayonunda ehtiyatsızlıq ölümə səbəb olub.
XQ xəbər verir ki, hadisə rayonun Ziyadlı kəndində baş verib.
Belə ki, kənd sakini 43 yaşlı Yavər Məmmədov həyətində çardağı təmir edərkən yıxılıb.
Ağır vəziyyətdə Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılan yaralının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.

