Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

post-img

Suraxanı rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 11-də  Əmircan qəsəbəsi ərazisində 1982-ci il təvəllüdlü Ayxan Mustafayevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 2009-cu il təvəllüdlü şəxsin bıçaqla xəsarət yetirərək Ayxan Mustafayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

V.Ş (şərti) rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir.

N.Adilqızı
XQ

Hadisə