“Azərsilah”ın zavodunda qəza baş verib, 1 nəfər həlak olub

post-img

Bu gün günorta saatlarında “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində istehsalat qəzası baş verib. Qəza nəticəsində müəssisənin əməkdaşı Adil Balaş oğlu İsmayılov həlak olub.

XQ xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, hazırda aidiyyəti qurumlar tərəfindən araşdırmalar aparılır.

Hadisə