Gürcüstanda 1989-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı M.T.-ni Zuqdidi bələdiyyəsində xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz alınması, saxlanması və satışına kömək etmək ittihamı ilə həbs edilib.
XQ xəbər verir ki, bu barədə Gürcüstan DİN məlumat yayıb.
Təqsirləndirilən şəxsin müvəqqəti yaşayış yerində aparılan axtarış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda narkotik vasitə olan " Metadon "u sübut kimi müsadirə ediblər.
İstintaq nəticəsində polis narkotik maddələrin qablaşdırılması üçün lazım olan materialları da müsadirə edib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı maddəsinin 3-cü hissəsinin "a" bəndi və 260-cı maddəsinin 4-cü hissəsinin "a" bəndi ilə 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

