Ölkəmizdə yeni yaradılan qadın voleybolçulardan ibarət “DH Volley” klubunun təqdimat mərasimi keçirilib. Tədbirdə klubun məşqçi və oyunçuları ilə müqavilə imzalanıb.
Klubun prezidenti Şərəf Yalçın mətbuat konfransında çıxışı zamanı bildirib ki, “DH Volley” güclü və iddialı heyətlə yeni bir dövrə qədəm qoyur: “İlk mövsümdə yalnız yerli yarışlarda deyil, beynəlxalq arenada da mübarizə aparmaq istəyirik. Buna görə də, heyətimizi həm Azərbaycan milli komandasının üzvləri, həm də Avropa təcrübəsinə malik elit oyunçularla gücləndirdik. Bu oyunçularla çempionluq yarışında ən güclü namizədlərdən biri olacağımıza inanırıq”.
Klubun rəsmisi deyib ki, əsas məqsədləri qısa müddətdə ölkə voleyboluna dəyər qatmaq, uzun müddətdə isə “DH Volley” i Avropada mübarizə aparan, tanınan və hörmət edilən bir brendə çevirməkdir.
“DH Volley” klubunun baş məşqçisi Fərid Cəlalovdur. Komandanın heyətinə Aynur İmanova, Katerina Jidkova, Ceyran İmanova, Nilufər Ağazadə və Raziyə Əliyeva kimi təcrübəli voleybolçular cəlb edilib.
L.AZAD
XQ