Bakıda futbol günü

post-img

FIFA-nın təşəbbüsü və dəstəyi, AFFA-nın təşkilatçılığı ilə 25 May Dünya Futbol Günü münasibətilə Bakıda kütləvi futbol festivalı keçirilib.

“ASCO Arena”da təşkil edilən festivala 80-dən çox uşaq qatılıb. İştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Qeyd edək ki, 2024-cü ildən etibarən BMT-nin qərarı ilə 25 may Dünya Futbol Günü kimi qeyd edilir.

L.QURBANOVA
XQ

İdman