"Şamaxı" klubu olaraq əsas məqsədimiz yerli və gənc futbolçuların inkişafına töhfə verməkdir.
AZƏRTAC xəbər verir ki, bu sözləri QOLAT Sport Service & Football Agency” tərəfindən “Futbol Konfransı Bakı” adlı beynəlxalq futbol konfransında iştirak edən “Şamaxı” klubunun İdarə Heyətinin sədri Elçin Usub deyib.
O bildirib ki, gənc futbolçular üçün təhsil önəmlidir: "Futbol təkcə ayaqla deyil, ağılla oynanılan idman növüdür. 14-15 yaşlı uşaq təhsil və idman arasında qalır. Valideynlər birinci olana üstünlük verirlər. Bu zaman bir çox istedadlı oyunçu yüksələ bilmir. İkinci məsələ hərbi xidmətlə bağlıdır. Hazırda bu işlə MOİK klubu maraqlanır. Bu, həqiqətən də ciddi məsələdir. Üçüncü isə legioner limitinin ləğvidir. Hazırda Premyer Liqa ilə aşağı liqa arasında böyük fərq var. Şərait yaxşı olarsa, yerlilər ehtiyatda qalmaq və I Liqada forma geyinə bilərlər. Bunları ümumiləşdirib, çıxış yolunu tapmalıyıq".