AQTA sədri Şamaxıda vətəndaşların müraciətlərini dinləyib

post-img

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 27-si Şamaxıda Şamaxı, Ağsu, İsmayıllı, Qobustan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən XQ-yə verilən məlumata görə, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, onların bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.









Sosial həyat