Naxçıvan karateçilərinin Türkiyə uğuru

post-img

Naxçıvanlı karateçilər Türkiyənin Rizə şəhərində “Qara dəniz və Xəzər ölkələri karate çempionatı” yarışında uğurla çıxış ediblər. Yarışda muxtar respublikanı 3 idmançı təmsil edib.

Onlardan Fatimə Bağırzadə (10–11 yaş, 50 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Xədicə Bayramova (10–11 yaş, 35 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yarışda Qaradəniz və Xəzər hövzəsinə aid ölkələrdən 1000-ə yaxın idmançı uşaqlar, ümidlər və gənclər kateqoriyalarında mübarizə aparıblar.

M.HACIXANLI
XQ

İdman