Qadın həndbolçular arasında son Azərbaycan çempionu “Azəryol” heyətinə 4 oyunçu cəlb edib. Bu barədə mətbuata Bakı klubunun baş məşqçisi Aleksandr Revva məlumat verib.
Onun sözlərinə görə, komanda İrina Pançenko (qapıçı), İrina Mixalkoviç, Zinayda Axundova və Aida Zafarovanı transfer edib. Həmin həndbolçularla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Azəryol” Avropa Kubokunun II təsnifat mərhələsində Avstriyanın “Union Kornoyburq” komandası ilə qarşılaşacaq. Bu raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də olacaq.
M.HACIXANLI
XQ