2 boksçumuz Dünya çempionatının yarımfinalında

post-img

İngiltərədə keçirilən boks üzrə dünya çempionatında bütün yarımfinalçılar məlum olub.

90 kiloqram çəkidə mübarizə aparan boksçumuz Alfonso Dominqes Liverpul şəhərində keçirilən dünya çempionatının 1/4 final mərhələsində Emrah Yaşarı (Türkiyə) 3:2 (28:29, 30:27, 28:29, 29:28, 29:28) hesabı ilə məğlub edərək finala yüksəlib.

Onun komanda yoldaşı Səidcəmşid Cəfərov (75 kiloqram) da 1/4 final mərhələsini qələbə ilə başa vurub. Boksçumuz Pavlo İlliuşa (Ukrayna) 5:0 (29:28, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. Beləliklə, bu qələbə sayəsində boksçularımız özləri üçün ən azı bürünc medalı təmin ediblər.

Səidcəmşid Cəfərov yarımfinalda özbəkistanlı Fazliddin Erkinboyevlə, Alfonso Dominqes isə braziliyalı Santos Ribeyro Filyo ilə döyüşəcək. Hər iki görüş bu gün keçiriləcək. Mundiala sentyabrın 14-də yekun vurulacaq.

Qabil YUSİFOĞLU
XQ

İdman