FİFA-nın hakimlərimizə etimadı

post-img

Azərbaycanın FIFA referisi Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinə təyinat alıb.

AFFA-dan verilən məlumatda bildirilir ki, o, 5-ci qrupda, oktyabrın 8-də Belçika – Moldova oyununun dördüncü hakimi olacaq. K.Umudlu oktyabrın 11-də Norveç-Moldova, 14-də Moldova-Belarus matçlarını idarə edəcək.

Vüsal Məmmədov isə hər 3 qarşılaşmada köməkçi hakim kimi fəaliyyət göstərəcək.

Qeyd edək ki, qrup mərhələsinin görüşləri Belçikada keçiriləcək.

Qabil YUSİFOĞLU
XQ

İdman