Azərbaycanın taekvondo millisi III MDB Oyunlarını 22 medalla başa vurub

post-img

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarında taekvondo yarışları başa çatıb.

XQ xəbər verir ki, Mingəçevir şəhərində yerləşən “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışların ikinci günündə Azərbaycanın 11 təmsilçisi fəxri kürsüyə yüksəlib.

Bunlardan Vasif Səlimov (68 kiloqram) qızıl, Nigar Abdullayeva, Leyla Bəşirova ( hər ikisi 57 kiloqram), Səmərrux Osmanova, Zemfira Həsənzadə ( hər ikisi 49 kiloqram), Zemfira Aslanova, Nərmin Ənsəri (hər iki 67 kiloqram), Fuad Məhərrəmli, Məhəmməd Həsənli ( hər ikisi 58 kiloqram ), Rza Əsədli (80 kiloqram) və Xan Məmmədzadə (87 kiloqram) bürünc medal qazanıblar.

Ötən gün isə Azərbaycan taekvondoçuları 3 qızıl, 2 gümüş və 6 bürünc əldə ediblər.

Beləliklə, Azərbaycanın taekvondo komandası III MDB Oyunlarını 22 medalla başa vurub.

Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.





İdman