Azərbaycan millisinin yeni baş məşqçisi

post-img

Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi postu Ayxan Abbasova tapşırılıb. Dünən AFFA-nın prezidenti Rövşən Nəcəf Ayxan Abbasovla görüşüb. AFFA prezidenti mütəxəssisin U-21 komandasında gördüyü işləri, A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.

Rövşən Nəcəf Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb, milliyə və baş məşqçiyə AFFA rəhbərliyinin dəstəyinin bundan sonra da davam edəcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Q.ƏLİYEV
XQ

İdman