Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) Çinin Uşi şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanıb. 26 yaşlı idmançımız – Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı yarışın yarımfinalında məğlub olub.
İdmançımız medala gedən yolda Abdul Vahid (Hindistan, 2:1), Omonjon Otajonov (Özbəkistan, 2:0), Lev Korneyev (Serbiya, 2:1) və Yusuf Badəm (Türkiyə, 2:1) üzərində qələbə qazanaraq fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 9 taekvondoçu ilə təmsil olunur. Çempionata bu gün yekun vurulacaq.
Qabil YUSİFOĞLU
XQ

