Paracüdoçuların Olimpiya çempionları ilə məşqləri

post-img

Milli Paralimpiya Komitəsi və Azərbaycan Cüdo Federasiyasının əməkdaşlığı çərçivəsində yeniyetmə və gənc paracüdoçuların olimpiyaçılarla birlikdə məşqlərinə start verilib. Məşqlərdə Olimpiya çempionları Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) də iştirak ediblər.

Milli Paralimpiya Komitəsindən bildirilib ki, bu cür tədbirlərdə əsas məqsəd yeni paracüdoçu nəslinin formalaşdırılması, onların beynəlxalq arenada ölkəmizi layiqincə təmsil etməsi və idmançılarımızın peşəkar inkişafının dəstəklənməsidir.

Qabil YUSİFOĞLU
XQ

İdman