Bu gün gənclər və idman naziri Fərid Qayıbov VI İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.
Görüşdə idmançılarımızın yarışlara hazırlıq prosesi, Azərbaycan idman nümayəndə heyətinin səfər proqramı, atletlər kəndində yerləşmə və digər təşkilati məsələlər müzakirə olunub.
Nazir Fərid Qayıbov Oyunlarda ölkəmizin layiqincə təmsil olunmasının vacibliyini vurğulayıb və hazırlıq işləri ilə bağlı müvafiq tapşırıqlar verib.
Eyni zamanda, federasiya nümayəndələri idmançıların Oyunlara hazırlığı barədə məlumat veriblər.
XQ

