Bakıda yeniyetmə boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turniri davam edir. 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 9 idmançısı qələbə qazanıb.
Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, qız boksçuların mübarizəsində Aysel Fərəcova (46 kq) Diana Aytbayevanı (Qazaxıstan, 3:2), Aysan Miriyeva (46 kq) Elene Qremelaşvilini (Gürcüstan, 5:0), Tunca Mürşüdova (50 kq) Sevana Ağalını (Azərbaycan, 4:1), Aynur Vəlizadə (63 kq) Aylan Rəşidzadəni (Azərbaycan, tam üstünlüklə qələbə) məğlub edib.
Oğlan boksçuların yarışında isə Elcan Musazadə (54 kq) komanda yoldaşı Miraləm Nağıyevə 5:0, Tunar Mehdiyev (60 kq) Samir Rüstəmova 3:0, Oğuz İbrahimli (60 kq) Mətləb Məmmədova 5:0, Yusif Məmmədli (66 kq) Yunus Qarazadəyə 4:1, Ərdəm Təkin (+80 kq) isə qazaxıstanlı Arsen Muratova 4:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, yarışda Azərbaycan millisi ilə yanaşı, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Latviya, Estoniya, Moldova yığmaları və neytral idmançılardan ibarət komanda mübarizə aparır. 185 boksçunun qatıldığı turnirdə oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2026″nın final görüşləri mayın 7-də olacaq.
Qabil YUSİFOĞLU
XQ



.jpeg)
.jpeg)
