Gənclər Fondunun maliyyə dəstəyi və “Gənc Peşəkar Velosipedçilər Klubu” İctimai Birliyinin təşkilatçılığı ilə “Qarabağa veloyürüş – Zəfərin izi ilə” adlı layihə həyata keçirilib. Layihə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” çərçivəsində gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, konstitusiya dəyərlərinə sadiqliyin təbliği və Qarabağın azad olunmuş torpaqlarında milli birliyin nümayişi məqsədilə gerçəkləşdirilib.
Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev və bir çox rəsmilərin iştirakı ilə baş tutan veloyürüş Ağdam rayonundan start götürüb və Xankəndi şəhəri istiqamətində davam edib. Ölkənin müxtəlif bölgələrindən toplanan 100-ə yaxın gənc peşəkar velosipedçi 44 kilometrlik marşrutu qət edərək Qarabağın simvolik məkanlarını birləşdirib. Bu məsafə 44 günlük Vətən müharibəsinin mənəvi rəmzi kimi seçilib.
Veloyürüşə Xankəndi şəhərində yekun vurulub.
Qabil YUSİFOĞLU
XQ

