Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.
Azərbaycan Voleybol Federasiyasından verilən məlumata görə, o, 18 yaşadək oğlanlar arasında keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında hakimlik edəcək.
Yarış noyabrın 20-23-də Latviyanın Dauqavpils şəhərində baş tutacaq.
Turnirdə Azərbaycan, Gürcüstan, Ukrayna, Estoniya, Latviya və Polşanın milli komandaları mübarizə aparacaq.
Qabil YUSİFOĞLU
XQ

