"160 minə yaxın tələbə artıq "TələbəPlus" kartından istifadə edir. Gələcəkdə bu kart vasitəsilə tələbələrə nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur".
XQ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında elm və təhsil nazirinin müavini Kənan Kərimzadə deyib.
O bildirib ki, bu barədə bir ay ərzində ictimaiyyətə məlumat veriləcək.

