Basketbol liqasında 10-cu tur

post-img

18-21 dekabr Azərbaycan Basketbol Liqasında (ABL) 10-cu turun oyunları keçirilib. "A" və "B" qruplarında baş tutmuş oyunlarda aşağıdakı hesablar qeydə alınıb.

A qrupunda "Şəki" - "Gəncə" (73:78),
"Sabah" - "Abşeron Lions" (97:101)
"Neftçi" - NTD (106:89).

B qrupunda "Quba" - "Naxçıvan" (69:78), "Ordu" - "Lənkəran" (84:72),
"Sərhədçi" -"Sumqayıt" (86:83).

 10-cu turda "Abşeron Lions" basketbolçuları son çempion "Sabah" üzərində qələbə qazanaraq, "A" qrupunda birinci pilləyə yüksəliblər. Bu müntəzəm mövsümdə "Sabah"ın ilk məğlubiyyəti olub və bayquşlar liderlə müqayisədə bir oyun daha az keçiriblər.
 "B" qrupunda isə "Ordu" klubu maksimum nəticə ilə liderliyini davam etdirir. Hərbiçilər çempionatda məğlub olmayan yeganə klubdur.

Qabil YUSİFOĞLU
XQ

İdman