Aktiv ƏDV ödəyicilərinin sayı 5 faiz artıb

post-img

Cari il iyulun 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,7 faiz artaraq 820,9 min olub.

Dövlət Vergi Xidmətindən XQ-yə bildirilib ki, aktiv ƏDV ödəyicilərinin sayı isə 5,2 faiz artaraq 55,6 min təşkil edib.

Həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 4 faiz artıb və 226,1 min olub.

 

İqtisadiyyat