Mayın 8-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq "Separadi" və "Sinovli" hava xətlərində təmir işləri aparılacaq.
XQ xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Bildirilib ki, bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Separadi, saat 13:00-dan 15:30-dək Sinovli, Tükəvilə kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

