Gəmiqayırma zavodunun Xəzərə çıxışı dərinləşdirilib

post-img

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin gəmiləri “Bakı Gəmiqayırma Zavodu” MMC-nin sifarişi əsasında müəssisənin akvatoriyasında və giriş kanalında aparılan dibdərinləşdirmə işlərini başa çatdırıb.

Dibdərinləşdirmə işlərinə gəmiçiliyin “Mühəndis Balarza Məmmədov” torpaqqazan, “Bakinskaya-3” və “Bakinskaya-5” torpaqdaşıyan, “Abşeronskaya-5” yedək gəmiləri cəlb olunub. Layihə çərçivəsində 80 min kvadratmetrlik sahədə 1 metr dərinliyə qədər qazma işləri aparılıb. Ümumilikdə isə, 79 min kubmetr süxur çıxarılıb və dəniz dibində 9 metrə qədər dərinlik əldə olunub.

Layihə çərçivəsində 3 ay davam edən işlər nəticəsində ərazidə gəmilərin hərəkəti üçün əlverişli hidrotexniki şərait formalaşıb. Bu isə gələcəkdə iriölçülü gəmilərin körpülərə təhlükəsiz və maneəsiz yanalmasına imkan verəcək.

 

İqtisadiyyat