Bu gün tanınmış dirijor Azad Əliyevin 75 yaşı tamam olur.
Düz 12 il əvvəl, növbəti ad gününün ertəsi – martın 30-da dünyasını dəyişmiş Azad Əliyev musiqisevərlərin yaddaşında gözəl xatirələrlə yaşayır.
Azad Əliyev 1951-ci il martın 29-da Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Konservatoriyasını 1974-cü ildə fortepiano ixtisası, 1980-ci ildə isə vokal ixtisası üzrə bitirib.
Pedaqoji fəaliyyətə 1960-cı ildən, 6 nömrəli musiqi məktəbindən başlayıb. A. Zeynallı adına Orta ixtisas musiqi məktəbində, Sumqayıt orta ixtisas musiqi məktəbində pedaqoji fəaliyyətlə məşğul olub.
1974–1982-ci illər ərzində Azərbaycan Dövlət Konservatoriyasının simli alətlər kafedrasında konsertmeyster vəzifəsində çalışıb. 1972–1980-ci illər "Respublika" sarayının baş səs rejissoru olub. 1980-ci ildə Sumqayıt orta ixtisas musiqi məktəbinin müdir müavini vəzifəsidndə çalışıb. Həmini dövrdə Sumqayıtda ilk kamera orkestri yaradıb və bu orkesttrlə müxtəlif konsertlərdə çıxış edib.
1992-ci ildən Ş. Məmmədova adına Opera studiyasının direktoru və BMA-nın "Opera hazırlığı" kafedrasının müəllimi vəzifəsində çalışırdı. Pedaqoji fəaliyyətilə yanaşı, ifaçı kimi də fəaliyyət gəstərirdi. Eyni zamanda, BMA-nin Solo oxuma və opera hazırlığı kafedrasının dosenti idi.
1981–1985-ci illərdə xalq artisti, skripka ifaçısı Sərvər Qəniyevlə birgə pianoçu kimi SSRİ-nin bütün ölkələrində konsertlərdə çıxış edib. 1992-ci ildən Opera Studiyasında dirijor kimi bir çox opera tamaşalarını – "Aida", "Traviata", "Gizli nikah", "Sevil", "Arşın mal alan" və s. hazırlayıb.
Azad Əliyev 2002-ci ildən Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestrində ikinci dirijor kimi maraqlı konsert proqramları ilə çıxış edib. 1994-cü ildən həyatının sonuna qədər Ş. Məmmədova adına Opera studiyasının bədii rəhbəri olub. 1999-cu ildən Bülbül adına orta ixtisas musiqi məktəbində "Kamera ansamblı" və "Müşayiət" sinfinin müəllimi idi.
2001-ci ildən Niyazi adına Radio və Televizyanın Simfonik orkestrinin və Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrinin ikinci dirijoru vəzifəsində çalışmış Azad Əliyev "Opera hazırlığı" sinfində 20-dən artıq məzun yetişdirib. Onların əksəriyyəti Opera və Balet Teatrının solisti, bəziləri də Azərbaycanın xalq artistləridir.
Tanınmış musiqi xadimi 2006-cı ildən həyatının sonuna qədər “Azteleradio” Qapalı Səhmdar Cəmiyyətinin Niyazi adına Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru idi.
2012-ci ildə professor və əməkdar incəsənət xadimi adına layiq görülüb. 2014-cü ildə Bakı şəhərində vəfat edib.
XQ


