İranın paytaxtında bir neçə güclü partlayış qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb. İlkin məlumatlara görə, partlayış ocaqlarının bir neçəsi İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hərbi obyektlərin yaxınlığında yerləşir. Hadisənin coğrafiyası genişdir: Tehranın həm cənub, həm də qərb hissəsində ard-arda partlayış səsləri eşidilib. Yerli mənbələr hələlik hücumun miqyası, dağıntılar və ya insan tələfatı barədə rəsmi açıqlama verməyiblər. Hazırda hadisə yerlərində vəziyyətin qiymətləndirilməsi aparılır.
XQ

