II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək

post-img

Türkiyənin ticarət naziri Ömer Bolat Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfıratı nazirlikdə qəbul edib. Görüş zamanı hər iki ölkənin ticarət əlaqələri və Azərbaycanda keçiriləcək II Azərbaycan–Türkiyə İnvestisiya Forumu ilə bağlı müzakirələr keçirilib.

Qeyd edək ki, dekabrın 23-də Bakıda Azərbaycanın İqtisadiyyat Nazirliyi və Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi–AZPROMO və TÜİB-in birgə təşkilatçılığı ilə II Azərbaycan–Türkiyə İnvestisiya Forumu keçiriləcək.

Forumda həmçinin regionlararası ticarətin təşviqi, enerji keçidi, dayanıqlı inkişaf və infrastruktur layihələri, ikitərəfli işgüzar əlaqələrin genişləndirilməsi və Dördüncü Sənaye İnqilabına həsr olunan panel sessiyaları keçiriləcək.

XQ

İqtisadiyyat