“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) “Handysize” tipli “Xocalı” quru yük gəmisi Yaponiyadan Avstraliyaya səfərini tamamlayıb.
ASCO-dan bildirilib ki, gəmi bu il martın 22-də Yaponiyanın Tsukumi limanından götürdüyü sement yükünü uğurla təyinat nöqtəsinə–Avstraliyanın Kvinana limanına çatdırıb. Gəmi dünən limana yan alıb və yükboşaltma əməliyyatına başlanılıb.
Qeyd edək ki, məhdudiyyətsiz üzmə imkanlarına malik “Xocalı” gəmisinin dedveyti 38 min 593 tondur. Gəminin uzunluğu 180, eni 30, suya oturumu 10,47 metr təşkil edir. Maksimum sürəti 15,7 düyün olan nəhəng quru yük gəmisi suya oturumunun əlverişli olması sayəsində bir çox dayaz limanlara maneəsiz daxil olmaq imkanına da malikdir.
XQ

