Dünən Şəki və Çin Xalq Respublikasının Lianşan vilayəti arasında dostluq və qardaşlıq haqqında protokol imzalanıb. Beləliklə, Şəki ilə qardaşlaşmış şəhərlərin sayı 13-ə çatıb.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Azərbaycanın bu qədim şəhərinin mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, ipəkçilik ənənələri, turizm imkanları barədə geniş məlumat verib.
Lianşandan ölkəmizə gələn nümayəndə heyətinin rəhbəri Huang Yuchao diqqətə çatdırıb ki, Lianşanın əhalisi 5 milyon nəfərə yaxındır. Lianşan Çində təbii sərvətlərlə zəngin tanınmış ərazidir. Burada böyük həcmdə ekoloji təmiz enerji mənbələri var.
Q.QASIMOV, “Xalq qəzeti”