Güclü külək nəticəsində paytaxtda 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb

post-img

Dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin bu gün səhər saat 10:00 üçün olan məlumatına görə güclü külək nəticəsində şəhərdə 55 ağac sınıb, 15-dən çox ağacın budaqları qırılıb.

Birliyin əməkdaşları tərəfindən qırılan ağaclar kəsilib, zədələnənlər budanıb, ərazi təmizlənib.

Hazırda Birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirirlər.





Son xəbərlər