Gəncədə akademik Zərifə Əliyeva anıldı

post-img

Gəncə Şəhər İcra Hakimiyyətinin və YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə görkəmli oftolmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş “Nura qərq olan ömür” adlı dəyirmi masa keçirilib.

YAP Gəncə şəhər təşkilatının inzibati binasında keçirilən tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki baş konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, millət vəkili Pərvin Kərimzadə, Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Gəncə Tibb Kolleci PHŞ-nin direktoru, Əməkdar həkim Mehman Rzayev, bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri və ziyalılar iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli oftolmoloq alimin mənalı həyat yolundan və zəngin elmi fəaliyyətindən bəhs edən film nümayiş olunub.

Niyazi Bayramov çıxışında Azərbaycan elminin və səhiyyəsinin inkişafında görkəmli alim, akademik Zərifə Əliyeva müstəsna xidmətlərindən danışıb. Çıxış edən natiqlər Zərifə Əliyevanın əsl Azərbaycan xanımı kimi mənəvi dəyərlərimizin layiqli daşıyıcısı, həmçinin sadiq və fədakar həyat yoldaşı, qayğıkeş ana kimi xarakterizə ediblər. Bildirilib ki, ümummilli lider Heydər Əliyevin mənəvi dayağı olan Zərifə xanım Əliyeva, eyni zamanda Vətən üçün layiqli övladlar bəxş edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin şəxsiyyətində bu dəyərlərin yaşadığı və inkişaf etdiyi diqqətə çatdırılıb.

Hamlet QASIMOV,
XQ-nin bögə müxbiri
Gəncə

Son xəbərlər