Gürcüstanda keçirilən çoxmillətli “Agile spirit” hərbi təlimində Azərbaycan Müdafiə Nazirliyinin yüksək rütbəli hərbçiləri müşahidəçi qismində iştirak edirlər.
Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, beynəlxalq təlimə ölkənin Qərb Müdafiə Qüvvələrinin komandanı, briqada generalı Koba Qriqoliya və ABŞ-ın Corciya ştatının Milli Qvardiyasının nümayəndəsi, polkovnik Uilyam Koks birgə rəhbərlik
edirlər.
Xatırladaq ki, “Agile spirit 2025” regionun iki ölkəsində – Gürcüstan və Türkiyədə keçirilir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir.
XQ