Britaniyada ilk Avropa natrium-ion batareyası hazırlanıb

post-img

Uelsdə Britaniya və Avropa materiallarından hazırlanmış ilk natrium-ion batareyası uğurla yaradılıb. Layihə Batri şirkəti və Suonsi Universitetinin birgə tədqiqat qrupu tərəfindən həyata keçirilib.

Yeni 18650 formatlı silindrik batareya Britaniyada istehsal olunan materiallardan hazırlanmış ilk nümunə hesab olunur. Onun tərkibində Batri şirkətinin inkişaf etdirdiyi kimyəvi birləşmələr və Uelsdə istehsal olunan kompozit karbon istifadə olunub.

Batri bildirib ki, nümayiş məqsədli bu batareya daha geniş proqramın başlanğıcıdır və şirkət artıq Uelsdə istehsalı artırır. Eyni zamanda, AceOn Group ilə əməkdaşlıq çərçivəsində bu natrium-ion batareyaları dəyişdirilə bilən akkumulyator sistemlərinə və fərdi enerji sistemlərinə inteqrasiya olunacaq.

AceOn Group-un baş direktoru Mark Tompson layihəni belə şərh edib: "Batri-nin Britaniyada 18650 elementlərini istehsal etməsi və Suonsi Universitetinin dünya səviyyəli material elmləri ilə dəstəklənməsi göstərir ki, Britaniya təhlükəsiz və etibarlı alternativ batareyalar sahəsində lider ola bilər."

Layihə Britaniyanın enerji texnologiyasında Avropada öncül rol oynaya biləcəyini nümayiş etdirir və etibarlı, ekoloji təmiz batareyaların inkişafı üçün yeni imkanlar açır.

S.ELAY

XQ

Maraqlı