1-4 aprel tarixlərində Bakıda Belarus Mədəniyyəti Günləri keçirilir.
Bu münasibətlə Belarus Respublikasının mədəniyyət naziri Anatoli Markeviçin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ölkəmizdə səfərdədir.
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb.
Qonaqları səmimi salamlayan nazir Azərbaycanla Belarus arasında əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan və Belarus respublikalarının prezidentləri arasında olan qarşılıqlı etimad və dostluq münasibətləri bütün sahələrdə ikitərəfli münasibətlərimizin inkişaf dinamikasını və intensivliyini şərtləndirir. Bu əlaqələrin mühüm tərkib hissəsi ölkələrimizin başçıları tərəfindən dəfələrlə vurğulanan humanitar əməkdaşlıqdır.
Qeyd olunub ki, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş perspektivlər vardır. Çünki xalqlarımızı ümumi tarix və mədəniyyət, xüsusilə də dövlət başçıları səviyyəsində müntəzəm görüşlərlə təsdiqlənən fəal siyasi dialoq birləşdirir.
Nazir ölkəmizdə keçirilən növbəti Belarus Mədəniyyəti Günlərini əlaqələrimizin inkişafına mühüm töhfə kimi səciyyələndirib, tədbirin dost ölkənin mədəniyyətinin təbliğində əhəmiyyətli rol oynayacağını diqqətə çatdırıb.
Belarusun mədəniyyət naziri Anatoli Markeviç səmimi qəbula, nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə və Belarus mədəniyyətinin nümayişinə yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Qeyd olunub ki, Belarus film sənayesi, kitabxana, musiqi və digər sahələrdə Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır. O, mədəni əməkdaşlığın yeni mərhələyə qaldırılması üçün ikitərəfli işçi qrupunun yaradılmasının əhəmiyyətli olacağını vurğulayıb.
Qonaq nazir Belarusda təşkil olunan ənənəvi mədəniyyət layihələri – Minsk Beynəlxalq Kitab Sərgisi, Vitebsk şəhərində keçirilən “Slavyan bazarı” Musiqi Festivalı və “Listopad” Minsk Beynəlxalq Film Festivalında Azərbaycanın mütəmadi iştirakını arzu etdiklərini diqqətə çatdırıb.
Söhbət zamanı 1-3 may tarixlərində Bakıda keçiriləcək VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Belarus tərəfinin iştirakı da müzakirə olunub.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
- Mədəniyyət
- 09:15 02.04.2024
- Oxunma sayı: 736



Açar sözlər:
Paylaş:
Mədəniyyət
Əgər klassiklər bu gün yaşasaydı…
18:02 29.03.2026Dərbənddə Azərbaycan Teatrının yeni binada açılışı olub
15:45 29.03.2026Onun sehirli çubuğu
15:06 29.03.2026Xalq artisti Rasim Balayev vəfat edib
14:29 29.03.2026Kətan üzərində duyğular: Portretlər və realist tablolar silsiləsi
14:00 29.03.2026Azərbaycanlı müğənni TRT-də yeni layihədə iştirak edib
11:54 28.03.2026Warner Bros. şirkəti "Üzüklərin hökmdarı" adlı iki film hazırlayır
09:51 28.03.2026-
- 21:27 30.03.2026
-
- 20:11 30.03.2026
-
- 20:02 30.03.2026
-
- 18:49 30.03.2026
-
- 18:29 30.03.2026
-
- 18:28 30.03.2026
-
- 17:19 30.03.2026
-
- 16:17 30.03.2026
-
- 15:50 30.03.2026
-
- 14:41 30.03.2026
-
- 14:40 30.03.2026
-
- 13:53 30.03.2026
-
- 13:35 30.03.2026
-
- 13:27 30.03.2026
-
- 13:22 30.03.2026
-
- 13:03 30.03.2026
-
- 12:17 30.03.2026
-
- 12:13 30.03.2026
-
- 12:08 30.03.2026
-
- 11:45 30.03.2026
-
- 11:26 30.03.2026
-
- 11:00 30.03.2026
-
- 10:48 30.03.2026
-
- 09:44 30.03.2026
-
- 09:42 30.03.2026
-
- 09:09 30.03.2026
-
- 08:40 30.03.2026
-
- 19:24 29.03.2026
-
- 19:14 29.03.2026
-
- 19:06 29.03.2026
-
- 19:00 29.03.2026
-
- 18:17 29.03.2026
-
- 18:02 29.03.2026
-
- 17:44 29.03.2026
-
- 16:21 29.03.2026
-
- 15:45 29.03.2026
-
- 15:12 29.03.2026
-
- 15:06 29.03.2026
-
- 15:04 29.03.2026
-
- 14:29 29.03.2026

