Qara qızılın zirvəsi

post-img

"Təxəyyül Art Group"un təşkilatçılığı və "Sariban" Milli Dekor Evinin dəstəyi ilə, 20 sentyabr Neftçi Gününə həsr olunmuş "QARA QIZILIN ZİRVƏSİ" adlı sərgi-tədbir keçirilib.

"Təxəyyül Art Group"un rəhbəri, xalçaçı rəssam - Natiq Nəcəfzadə tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Sonra qrupun müavini, rəssam, qrafik dizayner - Vüsalə Yunusova sərgi iştirakçılarına Balaxanı kəndinin tarixi haqqında məlumat verərək, ilk neft quyusunun məhz Balaxanıda qazıldığını bildirib. Daha sonra sərgi iştirakçılarını təbrik edib, onlara gələcək yaradıcılıqlarında uğurlar arzulayıb.

Azərbaycan Dövlət Din Tarixi Muzeyinin sabiq direktoru Münəvvər Babayeva, rəssam - Bayram Qasımxanlı, fotoqraf - Rauf Umud, neftçilər - Elçin Rikabov, Elnur bəy tədbirdə fəxri qonaq qismində çıxış ediblər. Bədii hissədə Vüsalə Yunusova və qrup üzvləri tərəfindən" Təxəyyül Art Vroup" un himni ifa olunub.

"İncilər" rəqs ansambılının ifasında dahi Azərbaycan bəstəkarı Ü.Hacıbəylinin Arşın Mal alan operettasından "Qızların rəqsi", Aynur Yunusovanın ifasında Niyazinin "Arzu" romansı, Yunusova bacılarının ifasında "Gözəlim yar gözəlim", Səyyab Əliyevin ifasında isə tarda "Şur" muğamı səsləndirilib. Sonda, "Sariban" Milli Dekor Evinin direktoru İntizar Rzayeva və dekor evinin əməkdaşı Təravət Əliyevaya  rəssam -Vüsalə Yunusovanın ərsəyə gətirdiyi iki rəsm əsəri hədiyyə olunub. Ardınca qonaqlar sərgi ilə tanış olublar. İştirakçılara sertifikatlar təqdim olunub, xatirə fotoları çəkilib.

XQ











Mədəniyyət