Mədəniyyət naziri Adil Kərimli Xızıda vətəndaşları qəbul edəcək

post-img

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2025-ci il oktyabrın 31-də, saat 10:00-da Xızı rayon Heydər Əliyev Mərkəzində (ünvan: Xızı şəhəri, Heydər Əliyev prospekti, 165) Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşların qəbulu keçiriləcəkdir.

XQ xəbər verir ki, vətəndaşlar 2025-ci il oktyabrın 23-dək Nazirliyin [email protected] elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.

Mədəniyyət