ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton NATO-dakı iştirakını yenidən nəzərdən keçirməlidir. O qeyd edib ki, İrandakı hərbi əməliyyat başa çatdıqdan sonra NATO üzvlüyünün məqsədəuyğunluğu yenidən nəzərdən keçirilməlidir.
Məlumatı “Fox News”ə istinadən “Kommersant” verib.
“NATO-nun məqsədi Avropanı müdafiə etmək üçün Avropada qoşunlarımızın olmasıdır. Amma onların köməyinə ehtiyac duyduğumuz zaman hava hücumları etmələrini istəmirik, hərbi bazalarından istifadə etməyimizə icazə vermələrini istədiyimiz zaman cavabları “yox” olur. O zaman bəs niyə NATO-dayıq? Bu, soruşulmalı olan sualdır”, - Rubio bildirib.
Martın əvvəlində Hörmüz boğazının bağlanmasından sonra ABŞ Prezidenti Donald Tramp NATO müttəfiqlərini İrandan qorunmaq üçün boğaza gəmilər göndərməkdən imtina etdiklərinə görə tənqid edib. O, həmçinin Çin, Yaponiya və Cənubi Koreya ilə əlaqə saxlasa da, heç bir cavab almayıb. Bundan sonra ABŞ prezidenti bu ölkələrə kömək etməyəcəyini bəyan edərək onları “öz neftlərini istehsal etməyə” və “özləri üçün mübarizə aparmağı öyrənməyə” çağırıb.
P.ƏMİRCANOV
XQ

