Teatr xadimimiz “Çingiz Aytmatov” medalı ilə təltif edilib

post-img

Azərbaycanın teatr xadimi, aktyor, rejissor İftixar Piriyev nüfuzlu beynəlxalq mükafata – “Çingiz Aytmatov” medalına layiq görülüb.

Mükafat soydaşımıza “Çingiz Aytmatov Beynəlxalq İssık-Kul Forumu” Rəyasət Heyətinin qərarı ilə incəsənət vasitəsilə xalqlar arasında sülhün və dostluğun möhkəmləndirilməsində müstəsna xidmətlərinə, türkdilli xalqların ortaq mədəni irsinin təbliğinə, xüsusilə Azərbaycan–Qırğızıstan ədəbi və teatr əlaqələrinin inkişafına verdiyi töhfəyə görə verilib.

XQ

Mədəniyyət