Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turandan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Son beş il ərzində regionda yaranan yeni reallıqlar, xüsusilə də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunması Sizin qətiyyətli siyasətinizin və uzaqgörən liderliyinizin nəticəsidir.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə qazanılmış şanlı Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqın milli qürurunu, birliyini, gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Fürsətdən istifadə edərək Sizi birliyin və həmrəyliyin rəmzi olan 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Sizin uğurlu siyasətiniz sayəsində həm ölkə daxilində, həm də bütün dünyada azərbaycanlılar arasında birliyin möhkəmlənməsi xüsusi önəm kəsb edir.

Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inanırıq. Sizə bir daha təbriklərimizi çatdırır, dövlətə və xalqa xidmət işində yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

 

Ədalət Turan

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri

Məktublar