Mayın 10-da müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevnin anadan olmasının 103-cü ildönümü münasibətilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyində anım tədbiri keçirilib.
Nazirlikdən XQ-yə verilən məlumata əsasən, tədbir çərçivəsində əvvəlcə Maliyyə Nazirliyinin kollektivi inzibati binada yerləşən Ulu Öndərin büstü önünə əklil qoyaraq onun əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib.
Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində oynadığı müstəsna rol, sosial-iqtisadi inkişafın təmin olunması, müasir idarəetmə sisteminin formalaşdırılması və müstəqilliyin möhkəmləndirilməsi istiqamətində gördüyü misilsiz işlər xüsusi vurğulanıb. Onun zəngin irsinin gələcək nəsillər üçün örnək olaraq daim yaşadılacağı qeyd olunub.
Daha sonra nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ümummilli Liderin məzarı önünə əklil və gül dəstələri qoyub, onun xatirəsini ehtiramla yad edib.
Eyni zamanda görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanin də xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.
Bizi Telegram-da da izləyə bilərsiniz: @xqazeti





