ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti Ravvin Mark Şnayerdən

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Məsafədən asılı olmayaraq dostlarınızı qiymətləndirmək və xatırlamaq xüsusiyyətiniz həqiqətən təqdirəlayiqdir. Mən də öz növbəmdə, bu əlamətdar gününüzdə dünyanın hər yerindəki saysız-hesabsız dostlarınız və Sizi sevənlərlə birlikdə Zati-alinizə möhkəm cansağlığı, rifah, xoşbəxtlik, davamlı uğurlar arzulayıram.

Sizin görkəmli dövlət xadimi kimi nümayiş etdirdiyiniz cəsarət və müdrikliyi xatırlayıram. Əhəmiyyətli nailiyyətləriniz Azərbaycanın beynəlxalq aləmdə dinlərarası və mədəniyyətlərarası harmoniya mayakı kimi mövqeyini xeyli yüksəldib.

Bir liderin irsini bəşəriyyətə verdiyi töhfələrə əsasən qiymətləndirərkən, deyə bilərik ki, Azərbaycana və dünyamıza verdiyiniz töhfələrə görə Sizinlə rəqabət apara bilən az adam var. Misilsiz rəhbərliyiniz altında qarşıdakı illərdə daha çox uğur qazanacağınızı gözləmək məni sevindirir.

Cənab Prezident, sevimli Azərbaycan xalqının davamlı tərəqqisi və rifahı naminə fəaliyyətinizdə Sizə ən xoş arzularımı bildirir, ən yüksək hörmət və ehtiramımı ifadə edirəm.
 
 
Ravvin Mark Şnayer
ABŞ-nin Etnik Anlaşma Fondunun prezidenti

Məktublar