Gürcüstanda fəaliyyət göstərən Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin rəhbəri Samir Şərifovdan

post-img

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, Müzəffər Ali Baş Komandan.

Sizi Sadaxlı Təhsil və İnteqrasiya Mərkəzinin kollektivi adından doğum gününüz münasibətilə ürəkdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq.

Sizin uğurlu daxili və xarici siyasətiniz, möhkəm iradəniz və qətiyyətiniz sayəsində Azərbaycan böyük inkişaf yolu keçmiş, beynəlxalq aləmdə öz sözünü deyən nüfuzlu bir dövlət kimi hörmət qazanmışdır.

Gördüyünüz işlərin nəticəsidir ki, bu gün Azərbaycan xalqının Sizə inamı və etimadı getdikcə daha da artır.

Sizin müdrik liderliyinizlə respublikamızın gələcəkdə daha çox uğur qazanacağına əminik.

Sizə cansağlığı, yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Samir Şərifov

Gürcüstanda fəaliyyət göstərən Sadaxlı Təhsil və

İnteqrasiya Mərkəzinin rəhbəri

Məktublar