Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının üzvləri olan soydaşlarımız adından və şəxsən öz adımdan Zati-alinizə və bütün xalqımıza
28 May - Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan böyük şərəf və məmnunluq duyuruq.
Müstəqillik Günü Azərbaycan xalqının milli yaddaşının ən şanlı səhifələrindən biridir və onun azadlıq, istiqlaliyyət arzularının həyata keçdiyi tarixi dönüş nöqtəsidir. Bu il Müstəqillik Günü müqəddəs Qurban bayramı ilə eyni vaxta təsadüf edir və bu, milli azadlıq ideallarının şəfqət, xeyirxahlıq, həmrəylik kimi ali mənəvi dəyərlərlə vəhdətini əyani şəkildə təcəssüm etdirir, eyni zamanda xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə və zəngin milli-mənəvi dəyərlərinə möhkəm bağlılığını göstərir.
Sizin müdrik rəhbərliyinizlə Azərbaycan beynəlxalq miqyasda böyük nüfuz qazanmış və söz sahibinə çevrilmişdir. Bu gün ölkəmiz dünyada etibarlı və ciddi tərəfdaş kimi tanınır, müstəqil siyasət həyata keçirir, sülhə, sabitliyə, əməkdaşlığa mühüm töhfələr verir.
Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə qazanılan möhtəşəm zəfərlər xalqımızla yanaşı, xaricdə yaşayan bütün azərbaycanlılar tərəfindən də böyük qürurla, sevinclə və minnətdarlıqla qarşılanır.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, Azərbaycan xalqına davamlı sülh, rifah və tərəqqi arzulayırıq.
Yüksək hörmət və ehtiramla,
Arif Quliyev
“Ukrayna Azərbaycanlıları Alimlər Şurası” İctimai Təşkilatının sədri,
hüquq elmləri doktoru, diplomat, Ukraynanın Əməkdar təhsil işçisi,
Kiyev Əqli Mülkiyyət və Hüquq Universitetinin professoru,
Ukrayna Ali Təhsil Milli Elmlər Akademiyasının akademiki

